Bank Of Baku

Kulevi Terminalından 100-cü tanker dünya bazarlarına yola salınıb

Kulevi Terminalından 100-cü tanker dünya bazarlarına yola salınıb
# 04 may 2009 14:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Gürcüstandakı Kulevi Qara dəniz Terminalından neft məhsulları yüklənmiş 100-cü tanker dünya bazarlarına yola salınıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

Mayın 2-də isə terminala qəbul olunmuş yüklərin həcmi 2 mln. tonu keçib.

Qeyd edək ARDNŞ-nin Gürcüstanda aldığı Kulevi Qara dəniz Terminalının açılışı 2008-ci il mayın 16-da olub. Kulevi terminalı xam neftin, dizel yanacağının və mazutun qəbulu, saxlanması və gəmilərə yüklənməsi üçün nəzərdə tutulub. Terminalın ötürmə qabiliyyəti ildə 10 mln. tondur (3 mln. ton neft, 3 mln. ton dizel yanacağı, 4 mln. ton mazut).
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR