Bank Of Baku

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində ABŞ şirkətlərinin nümayəndələri ilə görüş keçirilib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində ABŞ şirkətlərinin nümayəndələri ilə görüş keçirilib
# 04 may 2009 16:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Azərbaycanın müdafiə sənayesi naziri Yavər Camalov Bakıda səfərdə olan ABŞ-ın “The Cohen Group” şirkətinin vitse-prezidenti Daniel Feyta və “General Dinemic” şirkətinin nümayəndəsi Tom Leris ilə görüşüb. Müdafiə Sənayesi Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə respublikanın siyasi-iqtisadi vəziyyəti barədə ətraflı məlumat verən nazir Müdafiə Sənayesi Nazirliyinin fəaliyyətindən danışıb.

Öz növbələrində qonaqlar təmsil etdikləri şirkətlər barədə ətraflı məlumat veriblər.

Görüşdə ikitərəfli əməkdaşlığın yaradılması və gələcək perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Xarici İşlər Nazirliyinin nümayəndəsi də görüşdə iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR