Bank Of Baku

«Neft Daşları» yatağında yeni quyu istismara verilib

«Neft Daşları» yatağında yeni quyu istismara verilib
# 06 may 2009 07:24 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Kompleks Qazma İşləri Trestinin «Bayıl Limanı» Dəniz Kəşfiyyat Qazma İşləri İdarəsi tərəfindən «Neft Daşları» yatağındakı 1 887 nömrəli meydançadan qazılmış 2 285 nömrəli quyu Fasilə Lay Dəstəsindən gün ərzində 90 ton neft verməklə istismara verilib.
ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, 2006-cı ildə istismara verilən 36 quyuluq 5-bloklu 1 887 nömrəli meydança əvvəllər neft hasil edilməyən 5 nömrəli blokda quraşdırılıb. Geoloqların proqnozlarına görə, qazılmış hər quyudan sutkada 20-30 ton neft gözlənilir və artıq bu proqnoz özünü doğruldur. Üç il ərzində cəmi 15 quyu qazılıb ki, bunlardan 13-ü hazırda istismardadır, 13 quyudan alınan neft hasilatı sutkada 400 ton təşkil edir.
Ümumilikdə, bu il «Neft Daşları»nda qazmadan 21 quyu alınacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR