Bank Of Baku

Azərbaycanda yaxın vaxtlarda şüşə zavodu istismara veriləcək

Azərbaycanda yaxın vaxtlarda şüşə zavodu istismara veriləcək
# 06 may 2009 10:28 (UTC +04:00)
Neftçala. Әlibәy Zeynallı - APA. Neftçala Şüşə Zavodunda istehsal xətlərinin quraşdırılması prosesi başa çatır. Bu barədə APA-nın Mil-Muğan bürosuna Neftçalanın «Dizayn Glass» şüşə zavodundan məlumat verilib.
Müəssisədən bildirilib ki, «Azər-Yod» MMC-nin ərazisində inşa edilən və dəyəri 3,8 mln. manat olan bu zavod bir müddət kiçik həcmli sifarişlər qəbul edərək şüşə məhsulları istehsal edib. Artıq Macarıstan, İtaliya və Çindən gətirilən dəzgahlar quraşdırılıb başa çatmaq üzrədir. Hazırda Macarıstandan gətirilən dəzgahlardan ibarət şüşə paketləyici xətt istifadəyə verilib, yaxın 20 gün ərzində bütün istehsal xətlərinin istifadəyə verilməsi başa çatdırılacaq.
Avropa standartlarına uyğun texnoloji avadanlıq quraşdırılmış zavodda şüşələr üzərində 50 növdən çox əməliyyat aparılacaq. Belə ki, müəssisə təhlükəsiz, zərbəyə davamlı şüşələr, şüşələrin termik emalı, müxtəlif şüşə aksessuarları, şüşələrin cilalanması, rənglənməsi, müxtəlif formalarda kəsilməsi və s. əməliyyatlar aparacaq. Müəssisədə ay ərzində 20 min kv. metr şüşə istehsal olunacaq.
Qeyd edək ki, bu, Azərbaycanda geniş çeşiddə şüşə məhsullarının istehsalı və emalı ilə məşğul olacaq ilk zavoddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR