Bank Of Baku

Azərbaycanın sənaye və energetika nazirinin müavini Yunanıstan-Azərbaycan Parlamentlərarası işçi qrupunun başçısı ilə görüşüb

Azərbaycanın sənaye və energetika nazirinin müavini Yunanıstan-Azərbaycan Parlamentlərarası işçi qrupunun başçısı ilə görüşüb
# 06 may 2009 13:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov Bakıda səfərdə olan Yunanıstan-Azərbaycan Parlamentlərarası işçi qrupunun rəhbəri Konstantinos Tsiarasın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
G.Cavadov Azərbaycanla Yunanıstan arasında əməkdaşlığın müxtəlif sahələrdə, o cümlədən iqtisadi, enerji və digər sahələrdə genişləndiyini vurğulayıb. Nazir müavini Azərbaycanın enerji daşıyıcılarının Yunanıstan vasitəsilə Avropaya ötürülməsi sahəsində yaxşı perspektivlərin olduğunu qeyd edib.
K.Tsiaras isə öz növbəsində bildirib ki, Yunanıstan Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığını dəstəkləyir və qurumla daha sıx yaxınlaşmaqda Azərbaycana yardım göstərmək üçün öz təcrübəsini bölüşməyə hazırdır. Parlamentlərarası işçi qrupunun rəhbəri onu da qeyd edib ki, səfərdə əsas məqsəd iki ölkə arasında mümkün əməkdaşlıq imkanlarını araşdırmaqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR