Bank Of Baku

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində Macarıstanın İşəgötürənlər və Sənayeçilər Konfederasiyasının rəhbərliyi ilə görüş keçirilib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində Macarıstanın İşəgötürənlər və Sənayeçilər Konfederasiyasının rəhbərliyi ilə görüş keçirilib
# 07 may 2009 08:38 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) Macarıstanın İşəgötürənlər və Sənayeçilər Konfederasiyasının vitse-prezidenti Tsaba Arpad Oroszun başçılq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib. Bu barədə «APA-Economics»ə MSN-in mətbuat xidmətindən məlumat verilib.
Görüşdə qonaqlara MSN-in fəaliyyəti barədə məlumat verilib. Nümayəndə heyətinin rəhbəri Ts.A.Orosz isə Macarıstanın 50-dək peşəkar və 16 regional sahibkarlar assosiasiyasını özündə birləşdirən İşəgötürənlər və Sənayeçilər Konfederasiyası və həyata keçirdikləri layihələr haqqında məlumat verib. Həmçinin, tərəfləri maraqlandıran bir sıra məsələlər müzakirə olunub.
Görüşdə Macarıstanın Azərbaycandakı səfiri Jeno Boros da iştirak edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR