Bank Of Baku

İran Ermənistana qaz ixracına başlayıb

İran Ermənistana qaz ixracına başlayıb
# 14 may 2009 10:22 (UTC +04:00)
Bakı – APA-Economics. İran dünəndən etibarən Ermənistana təbii qaz ixracına başlayb. «APA-Economics»in BNE portalına (www.businessneweurope.eu) istinadən verdiyi məlumata görə, İranın Ermənistana qaz ixracının həcmi gündə 2 mln. kubmetr təşkil edir.

Xatırladaq ki, 2004-cü ildə iki ölkə arasında imzalanan 20 illik müqaviləyə əsasən, qaz ixracının həcmi 2011-ci ildə gündə 4 mln. kubmetrə, sonrakı illərdə isə 6,3 mln. kubmetrə çatdırılacaq.

Ermənistan İrandan aldığı qazı əsasən elektrik enerjisinin istehsalında istifadə edəcək və istehsal olunan enerjinin bis hissəsi idxal olunan qazın dəyəri müqabilində İrana ötürüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR