Bank Of Baku

«Bakıelektrikşəbəkə» elektrik enerjisi haqqının 100% ödənilməsinin təmin edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb

«Bakıelektrikşəbəkə» elektrik enerjisi haqqının 100% ödənilməsinin təmin edilməsi ilə bağlı tədbirlər planı hazırlayıb
# 14 may 2009 11:54 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Bakıelektrikşəbəkə» ASC bu aydan etibarən abonentlərin istifadə etdikləri elektrik enerjisi haqqının 100% ödənilməsinin təmin edilməsi məqsədilə tədbirlər planı hazırlayıb. Bu barədə «APA-Economics»ə səhmdar cəmiyyətinin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər planına uyğun olaraq, elektrik enerjisinə görə yaranmış borclarını 18 may saat 12:00-dək tam şəkildə ödəməyən abonentlərin enerji təchizatı qeyd-şərtsiz dayandırılacaq. Borcunu vaxtında ödəməyən abonentlərə heç bir güzəşt edilməyəcək.
Yeni qaydalarla borca görə elektrik enerjisi təchizatı dayandırılan abonentlərin təkrar şəbəkəyə qoşulması bir neçə gün sonra mümkün olacaq. Borcların ödənilməsi bütün poçt şöbələrində, banklarda, həmçinin «Bakıelektrikşəbəkə» ASC-nin internet saytında (www.bes.az) onlayn rejimdə həyata keçirilir.

Qeyd edək ki, Bakı şəhərinin 11 rayonunun elektrik enerjisi ilə təchizatını həyata keçirən «Bakıelektrikşəbəkə» ASC-nin 670 mindən artıq abonenti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR