Bank Of Baku

Ukrayna prezidenti Odessa-Brodı kəmərinin bazasında Avrasiya Neft Nəqliyyat Dəhlizinin yaradılmasına dair təxirəsalınmaz tədbirləri təsdiqləyib

Ukrayna prezidenti Odessa-Brodı kəmərinin bazasında Avrasiya Neft Nəqliyyat Dəhlizinin yaradılmasına dair təxirəsalınmaz tədbirləri təsdiqləyib
# 14 may 2009 12:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ukrayna prezidenti Viktor Yuşşenko Brodı istiqamətində Avrasiya Neft Nəqliyyat Dəhlizinin Odessa-Brodı boru kəmərinin bazasında yaradılması layihəsinin reallaşmasına dair təxirəsalınmaz tədbirləri təsdiqləyib. «APA-Economics»in məlumatına görə, bu barədə prezidentin enerji təhlükəsizliyinə dair beynəlxalq məsələlər üzrə müvəkkili Boqdan Sokolovski bildirib.

B.Sokolovski qeyd edib ki, müvafiq fərman prezident V.Yuşşenko tərəfindən bu gün imzalanıb. Onun sözlərinə görə, dəhlizin yaradılması üzrə layihənin tranzit həcmlərindən asılı olaraq, investisiyaların həcmi 2-8 mlrd. dollar təşkil edəcək.

Qeyd edək ki, cari ilin aprelin 24-də «Sarmatiya» Beynəlxalq Konsorsiumun səhmdarlarının Varşavada (Polşa) keçirilən son yığıncağında sözügedən layihənin texniki-iqtisadi əsaslandırılması təsdiqlənib. Layihə Xəzər regionundan neftin Ukrayna, Avstriya və Polşa neft emalı zavodlarına nəqli və Polşanın Qdansk və Plotsk şəhərlərinə qədər kəmərin tikintisinin başa çatdırılmasını nəzərdə tutulur. Layihənin ən vacib tərkib hissələrindən biri olan Odessa-Brodı kəmərinin avers rejiminə (Brodı istiqamətində) keçirilməsidir.

Polşanın «Sarmatiya» boru kəməri müəssisənin bazasında yaradılan Polşa-Ukrayna eyniadlı konsorsiuma ötən ilin əvvəlində həmçinin Azərbaycan Dövlət Neft Şirkəti, Gürcüstanın Neft-Qaz Korporasiyası və Litvanın «Klaipedos Nafta» şirkəti daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR