Bank Of Baku

Azərbaycanda «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin yeni mərhələsi başlayıb

Azərbaycanda «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin yeni mərhələsi başlayıb
# 14 may 2009 13:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «BP-Azerbaijan» şirkəti Azərbaycanda həyata keçirdiyi «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin III mərhələsinə start verib.

«APA-Economics»in məlumatına görə, III mərhələ «Davamlı Ətraf Mühit və İqtisadi Fəaliyyət Layihəsi»ndən ibarətdir ki, layihə Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin keçdiyi Goranboy rayonunun Eyvazlılar, Məşədi Qaralar və Cinli Boluslu kəndlərində həyata keçirilir. Belə ki, bu kəndlərdə «BP-Azerbaijan» və onun tərəfdaşları tərəfindən meyvəçilik və tərəvəzçiliyin yaxşılaşdırılması, yem emalı qurğusunun inşası, İnsan İnkişaf İttifaqının institusional inkişafı, damcılı su qurğusunun quraşdırılması maliyyələşdirilir. Üçüncü mərhələyə 174 min ABŞ dolları məbləğində vəsait ayrılıb. Bu mərhələ bir il davam edəcək ki, gələcəkdə digər mərhələlərin icrası da həyata keçirilə bilər.

Qeyd edək ki, bundan öncə «BP-Azerbaijan» şirkəti «BP və Tərəfdaşlarının İcmaların İnkişafı Təşəbbüsləri» layihəsinin I və II fazalarını həyata keçirib. Bu fazalarda Bakı-Tiflis-Ceyhan neft boru kəmərinin keçdiyi 13 rayon və şəhərlərdə yolların bərpası və tikintisi, məktəb binasının inşası, kənd evlərində hamamlarda suyun isitməsi üçün günəş kollektorlarının quraşdırılması, suvarma kanallarının bərpası, tibb məntəqələrinin inşası və bir sıra digər işlər görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR