Bank Of Baku

Hacıqabul rayonunda 1 000-dən artıq smart-kart tipli elektrik sayğacları quraşdırılıb

Hacıqabul rayonunda 1 000-dən artıq smart-kart tipli elektrik sayğacları quraşdırılıb
# 14 may 2009 14:24 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Hacıqabul rayonunun mərkəzində 1 000-dən çox abonent smart-kart tipli elektrik sayğacları ilə təchiz edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

İlkin mərhələdə Hacıqabul rayon mərkəzində əhali qrupuna aid 4 500 abonentin smart-kart tipli sayğacla təmin olunması nəzərdə tutulur.

Həyata keçirilən tədbirlər rayonda istehlak olunmuş elektrik enerjisinin dəyərinin ödənişində uzun müddətdir davam edən geriliyin aradan qaldırılmasına və şəbəkənin istismar səviyyəsinin yüksəldilməsinə yönəldilib. Sayğacların quraşdırılması ilə yanaşı, hava elektrik verilişi xətlərində dayaqların yeniləri ilə əvəz edilməsi və yeni SİP kabellərin çəkilişi işləri yerinə yetirilir. SİP kabellərin çəkilişi təkcə rayon mərkəzində deyil, kəndlərdə də həyata keçirilir.

Qeyd edək ki, smart-kart tipli elektrik sayğacları Gəncə və Mingəçevir şəhərlərində quraşdırılıb. Hazırda Şirvan, Sabirabad, Yevlax və digər şəhər və rayonlarda analoji sayğacların qurulması prosesi gedir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR