Bank Of Baku

Qazaxıstan prezidenti Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinə dair sazişi təsdiqləyib

Qazaxıstan prezidenti Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinə dair sazişi təsdiqləyib
# 14 may 2009 15:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qazaxıstan prezidenti Nursultan Nazarbayev Xəzəryanı Qaz Boru Kəmərinin tikintisinə dair sazişi ratifikasiyası ilə bağlı qanunu təsdiqləyib. «APA-Economics»in məlumatına görə, həmin sazişin ikinci tərəfi olan Rusiya sazişi ötən ilin dekabrında ratifikasiya edib.

Saziş Rusiya, Qazaxıstan və Türkmənistan arasında Türkmənistan və Qazaxıstandan Rusiyaya qazın nəqlini nəzərdə tutur. Kəmərin uzunluğu 1 600 km təşkil edəcək.

Nəqlin nəzərdə tutulmuş illik həcminin 30 mlrd. kubmetri Türkmənistan, 10 mlrd. Kubmetri isə Qazaxıstandan ixrac olunacaq.

Qeyd edək ki, hazırda Türkmənistandan qaz Rusiyaya «Mərkəzi Asiya-Mərkəz» qaz boru kəmərləri sistemi vasitəsi ilə nəql edilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR