Bank Of Baku

Bu gün Sumqayıt şəhərinin 60 illik yubileyi ilə əlaqədar konfrans keçirilib

Bu gün Sumqayıt şəhərinin 60 illik yubileyi ilə əlaqədar konfrans keçirilib
# 15 may 2009 11:56 (UTC +04:00)
Sumqayıt. Rəşad Süleymanov – APA-Economics. Bu gün Sumqayıt şəhərinin 60 illik yubileyi ilə əlaqədar «Sumqayıt 60 il: sosial-iqtisadi tərəqqi, inkişaf və nailiyyətlər» mövzusunda konfrans keçirilib.

«APA-Economics»in məlumatına görə, konfransda müxtəlif nazirliklər, komitələr və şirkət nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev bildirib ki, 2004-2008-ci illəri əhatə edən Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında Sumqayıt şəhəri üzrə nəzərdə tutulan 8 bəndin hamısı icra olunub.

«Ötən 5 ildə Sumqayıta yatırılan investisiyaların həcmi 1,3 mlrd. manatı keçib. Məhsul istehsalı 2,7 dəfə artıb», - deyə V.Əliyev vurğulayıb.

Şəhərdə həyata keçirilən işlər barədə danışan V.Əliyev qeyd edib ki, son illər Sumqayıtda 30-dək çoxmərtəbəli yaşayış binası tikilərək istifadəyə verilib.

Şəhər rəhbəri kimya müəssisələrinin hazırkı durumunun narahatçılıq doğurduğunu vurğulayıb. Həmçinin, dünya maliyyə böhranı ilə əlaqədar fəaliyyəti dayanmış «Azərboru» və «Azəraliminium» səhmdar cəmiyyətlərinin işinin bərpası üçün müvafiq tədbirlərə ehtiyac olduğunu qeyd edib.

Konfransda «Sumqayıtda neft-kimya sənayesinin inkişaf perspektivləri», «Sumqayıtda respublika səviyyəli innovasiya mərkəzinin yaradılması», həmçinin kimya və ağır sənayenin müxtəlif sahələrinin mövcud durumu və inkişaf perspektivlərinə həsr olunmuş məruzələr dinlənilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR