Bank Of Baku

Azərbaycanda sənaye müəssisələrinə yardım proqramı hazırlanır

Azərbaycanda sənaye müəssisələrinə yardım proqramı hazırlanır
# 15 may 2009 13:21 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan hökuməti maliyyə böhranının təsir göstərdiyi sənaye müəssisələrinə yardımın göstərilməsi ilə bağlı tədbirlər planı hazırlayır. Bu barədə «APA-Economics»ə eksklüziv açıqlamasında sənaye və energetika nazirinin müavini Gülməmməd Cavadov məlumat verib.

«Dövlət başçısının tapşırığına uyğun olaraq, hazırda bu məsələyə hökumətdə baxılır. Nazirlər Kabinetində bununla bağlı müəyyən təkliflər hazırlanır», - deyə nazir müavini vurğulayıb.

G.Cavadovun sözlərinə görə, böhranın mənfi təsiri ilə daha çox məhsullarını xaricə ixrac edən müəssisələr üzləşir.

Qeyd edək ki, maliyyə böhranının təsiri nəticəsində «Azərboru», «Azəraliminium», «Azərikimya» Dövlət Şirkətinin müəssisələrinin fəaliyyəti dayanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR