Bank Of Baku

«Azərenerji» dövlət büdcəsinə ödənişlərini 20% artırıb

«Azərenerji» dövlət büdcəsinə ödənişlərini 20% artırıb
# 15 may 2009 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin aprel ayında «Azərenerji» ASC tərəfindən dövlət büdcəsinə 12,3 mln. manat həcmində vəsait ödənilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Aprel ayında dövlət büdcəsinə ödənişlər 2008-ci ilin aprel ayı ilə müqayisədə 1,6% artıb.

Cari ilin yanvar-aprel ayları ərzində isə dövlət büdcəsinə 46,3 mln. manat vəsait ödənilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə təqribən 1,2 dəfə çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR