Bank Of Baku

Yaxın günlərdə Azərbaycanın ən iri elektrik stansiyasının daha bir enerji blokunda yenidənqurma işlərinə başlanılacaq

Yaxın günlərdə Azərbaycanın ən iri elektrik stansiyasının daha bir enerji blokunda yenidənqurma işlərinə başlanılacaq
# 15 may 2009 13:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin aprel ayında Azərbaycanın ən iri enerji istehsalçısı olan «Azərbaycan» İstilik Elektrik Stansiyasında 733,5 mln. kVt/saat elektrik enerjisi istehsal olunub ki, bu da müvafiq aylıq proqnozdan 0,4% çoxdur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Ay ərzində enerji istehsalına şərti yanacağın xüsusi sərfində müəyyən miqdarda qənaət əldə edilib.

Qeyd edək ki, hazırda stansiyanın dörd enerji bloku fəaliyyət göstərir, 1 və 2 saylı bloklar isə ehtiyatdadır. Stansiyanın 4-cü blokunda həyata keçirilən yenidənqurma işləri isə tamamlanmaq üzrədir. Yaxın günlərdə 3-cü blokda da yenidənqurma işlərinə start veriləcək.

«Azərbaycan» İES üzrə hazırda günlük enerji hasilatı təxminən 14-15 mln. kVt/saat təşkil edir. Azərbaycanda elektrik enerjisinin 50%-ni istehsal edən stansiya hər birinin gücü 300 MVt olan səkkiz enerji blokundan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR