Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağı üçün növbəti qaz-turbin aqreqatını göndərib

Azərbaycan Dövlət Neft Şirkəti «Günəşli» yatağı üçün növbəti qaz-turbin aqreqatını göndərib
# 16 may 2009 07:51 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Respublika Dövlət Neft Şirkəti (ARDNŞ) «Günəşli» yatağındakı 4 nömrəli platformada inşa edilən kompressor stansiyası üçün nəzərdə tutulmuş ikinci qaz-turbin aqreqatını «Azərbaycan» kran gəmisi vasitəsilə yatağa göndərib.

ARDNŞ-dan «APA-Economics»ə verilən məlumata görə, ABŞ-ın «Solar» şirkətinin istehsalı olan aqreqatın hündürlüyü 8 metr, çəkisi 600 tondan çoxdur.

Qeyd edək ki, birinci modul platformaya mayın 7-də göndərilib, 4 nömrəli platformadakı kompressor stansiyası isə 2009-cu ildə qaz proqramının əsas buraxılış obyektlərindən olacaq. Stansiyanın vəzifəsi aşağı təzyiqli qazın yığımı və sıxılaraq sahilə nəql edilməsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR