Bank Of Baku

“Cənub axını” layihəsi üzrə sənədlər imzalanıb

“Cənub axını” layihəsi üzrə sənədlər imzalanıb
# 16 may 2009 08:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Mayın 15-də Rusiyanın “Qazprom” şirkəti və İtaliyanın “ENİ” şirkətləri arasında “Cənub axını” layihəsinin reallaşması üzrə 23 iyun 2007-ci il tarixli anlaşma Memorandumuna ikinci əlavə imzalanıb. “APA-Economics”in məlumatına görə, əlavəyə əsasən qaz boru kəmərin illik ixrac gücü 63 milyard kubmetrə qədər artırılır. Bu sənəddən başqa “Qazprom” layihənin digər iştirakçıları olan Bolqarıstan, Yunanıstan və Serbiyanın müvafiq şirkətləri ilə tərəflərin əməkdaşlıq prinsiplərini tənzimləyən, həmin ölkələrin ərazilərində qaz boru kəməri hissələrinin tikintisi mexanizmlərini müəyyən edən sazişlər imzalayıb. Xatırladaq ki, sözügedən layihə çərçivəsində tikintisi nəzərdə tutulan kəmərin bir hissəsi Qara dənizin dibi ilə Rusiya və Bolqarıstanı birləşdirəcək. Tikinti işlərini “Qazprom” və “ENİ” şirkətləri aparacaq. “Qazprom”un İdarə Heyətinin sədri Aleksey Miller bəyan edib ki, layihənin iştirakçıları olan ölkələrlə aparılan danışıqlar nəticəsində “Cənub axını”nın istifadəyə verilməsinin son tarixi müəyyənləşdirilib. Onun sözlərinə görə, boru kəməri 2015-ci ilin dekabrın 31-dək işə salınacaq. Halbuki əvvəl kəmərin 2014-cü ilin sonu və ya 2015-ci ilin əvvəlində istifadəyə verilməsi planlaşdırılırdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR