Bank Of Baku

Azərbaycanın Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb

Azərbaycanın Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb
# 16 may 2009 10:16 (UTC +04:00)
Şəki. Vüqar Heydərov. APA. Azərbaycanın Şəki rayonuna təbii qazın verilməsi dayandırılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna yerli sakinlər məlumat verib. Sakinlərin sözlərinə görə, bu gün səhər saatlarından rayona təbii qazın verilməsi dayandırılıb.

Şəki Qaz İstismarı İdarəsi faktı təsdiqləyərək, buna rayonun Cəfərabad kəndi ərazisindən keçən qaz xətində baş verən korroziyanın səbəb olduğunu bildirib. Bunun nəticəsində də Şəki şəhər ərazisindəki qaz xəttində sızmalar aşkarlanıb.

Hazırda idarənin əməkdaşları qaz xəttində baş verən sızmalarını aradan qaldırılması istiqamətində təmir işləri aparır. Təmir işləri başa çatdıqdan sonra rayona mavi yanacağın verilməsi yenidən bərpa ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR