Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: ”Azərbaycandan aldığımız qazın miqdarını 8 milyard kubmetrə yüksəltmək istəyirik”

Rəcəb Tayyib Ərdoğan: ”Azərbaycandan aldığımız qazın miqdarını 8 milyard kubmetrə yüksəltmək istəyirik”
# 16 may 2009 11:22 (UTC +04:00)
Ankara – APA. “Təbii qaz məsələsi ilə bağlı Azərbaycanla danışıqlar aparılması üçün müvafiq nazirliklərə təlimatlar verilib. Bu danışıqlar və çalışmalar sürətlə davam etdirilərək yekunlaşdırılacaq”. APA-nın xəbərinə görə, bu sözləri Ankarada jurnalistlərə açıqlamasında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, Azərbaycandan alınan təbii qazın qiymətinin artırılması mövzusunda Türkiyə mətbuatında çıxan yazılardan narazılığını bildirib və qazın qiymətinin dünya bazarında neftin qiyməti əsasında tənzimləndiyini söyləyib: “Azərbaycandan qazı dünya qiymətlərindən bir az endirimli ala bilərik. Qiymət məsələsini gündəmdə saxlayıb əlaqələri bu səviyyəyə endirmək yanlışdır”.

R. T. Ərdoğan 2008-ci ildə Azərbaycandan 4 milyard kubmetrdən çox qaz aldıqlarını və bu rəqəmi 8 milyarda yüksəltmək istədiklərini açıqlayıb: “Bu il Azərbaycandan alacağımız qazın miqdarı 6-7 milyard ola bilər. Hazırda ildə 35-36 milyard kubmetr qaz istifadə edirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR