Bank Of Baku

«BP-Azerbaijan» yaxın aylarda Səngəçal Terminalının Genişləndirmə Proqramının yeni fazasının icrasına başlayacaq

«BP-Azerbaijan» yaxın aylarda Səngəçal Terminalının Genişləndirmə Proqramının yeni fazasının icrasına başlayacaq
# 18 may 2009 07:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yay-payız aylarında «BP-Azerbaijan» şirkəti Səngəçal Terminalının Genişləndirmə Proqramı (STGP) üzrə beşinci fazanın icrasına başlayacaq.

«BP-Azerbaijan» şirkətindən «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ildə şirkət layihənin ilkin fazalarını (faza 1, 2 və 3) başa çatdırıb: «Bu ilin fevral ayında dördüncü faza üzrə əməliyyatlar təhvil verilib, beşinci fazanın isə bu ilin yay və ya ilin 3-cü rübündə başlayacağı gözlənilir».

STGP üzrə digər cari fəaliyyətlərə Xəzərin Azərbaycan sektorunda yerləşən «Azəri-Çıraq-Günəşli» yataqlar blokunda səmt qazı üçün yeni qaz kondensasiya temperaturuna nəzarət qurğusunun (QKTNQ2) quraşdırılması daxildir: «Bu qurğu üçün texnoloji modullar Sinqapurda inşa edilib və 2008-ci ildə gəmi ilə Bakıya gətirilib. Modulların özüllər üzərində quraşdırılması da ötən il yekunlaşıb. QKTNQ2-nin mexaniki tamamlanması 2009-cu ilin I rübündə başa çatdırılıb. İstismara verilmə artıq işə salınma ilə başlayıb və qurğunun təhvil verilməsi 2009-cu ilin II rübü üçün planlaşdırılıb».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR