Bank Of Baku

Mayın sonunda Bakıda «Azərbaycanın Qafqazdakı rolu və enerji təhlükəsizliyi» mövzusunda beynəlxalq konqres keçiriləcək

Mayın sonunda Bakıda «Azərbaycanın Qafqazdakı rolu və enerji təhlükəsizliyi» mövzusunda beynəlxalq konqres keçiriləcək
# 18 may 2009 08:08 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Mayın 28-dən 31-dək Bakıda «Azərbaycanın Qafqazdakı rolu və enerji təhlükəsizliyi» mövzusunda beynəlxalq konqres keçiriləcək. Bu barədə «APA-Economics»ə tədbirin təşkilatçısı olan Bakı Qafqaz Universitetindən məlumat verilib.

Tədbir Bakı Qafqaz Universitetinin Beynəlxalq Əlaqələr Klubu və Türkiyə Beynəlxalq Əlaqələr İşləri (TUİÇ) cəmiyyətinin rəhbərliyi ilə reallaşacaq.

Konqresdə Qafqaz regionu və enerji təhlükəsizliyi, Azərbaycanın Qafqazda rolu və əhəmiyyəti, Türkiyənin yeni xarici siyasət anlayışı və Qafqaz bölgəsi, regionda enerji siyasəti və Rusiyanın regiondakı rolu ilə bağlı müzakirələr aparılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR