Bank Of Baku

Rusiya mətbuatı: «Cənub Axını» layihəsi «Nabucco»dan 2 dəfə bahalıdır

Rusiya mətbuatı: «Cənub Axını» layihəsi «Nabucco»dan 2 dəfə bahalıdır
# 18 may 2009 10:25 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın təklif etdiyi «Cənub Axını» qaz kəməri layihəsi «Nabucco» kəməri ilə müqayisədə 2 dəfə baha başa gələcək. «APA-Economics»in məlumatına görə, bu barədə Rusiyanın «Vedomosti» qəzeti məlumat yayıb.

Ötən həftə Soçidə imzalanan «Cənub Axını» boru kəməri layihəsini şərh edən Rusiya qəzeti «Qazprom»un 8,6 mlrd. dollar həcmində dəyərləndirdiyi layihənin əslində 28 mlrd. dollara başa gələcəyi, onunla müqayisədə «Nabucco»nun Avropa İttifaqı üçün daha məqbul olduğu qeyd edilib.

Qəzet «Qazprom»un bu kəməri ərsəyə gətirəcək maliyyə qaynağının olmadığını iddia edir.

Qeyd edək ki, «Cənub Axını» qaz boru kəmərinin illik ixrac gücü 63 mlrd. kubmetr təşkil edəcək. Layihə çərçivəsində tikintisi nəzərdə tutulan kəmərin bir hissəsi Qara dənizin dibi ilə Rusiya və Bolqarıstanı birləşdirəcək. Tikinti işlərini «Qazprom» və İtaliyanın «ENİ» şirkətləri aparacaq. Boru kəmərinin 2015-ci ilin dekabrın 31-dək işə salınması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR