Bank Of Baku

«Atahan Dəmir Sənaye» şirkətində qanun pozuntuları aşkarlanıb

«Atahan Dəmir Sənaye» şirkətində qanun pozuntuları aşkarlanıb
# 18 may 2009 12:30 (UTC +04:00)
Bakı. Rəşad Sleymanov – APA-Economics. Azərbaycan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin (SMPDK) apardığı araşdırmalar zamanı «Atahan Dəmir Sənaye» MMC-də standartın tələblərinin pozulması faktları aşkarlanıb. Bu barədə «APA-Economics»ə SMPDK-in mətbuat xidmətindən məlumat verilib.

Araşdırmalar zamanı müəssisədə istehsal olunan məhsulların partiya sınaqlarının aparılmadığı və istehsalda istifadə olunan polad pəstahların keyfiyyəti standartın tələbinə cavab vermədiyi müəyyən olunub. Bundan başqa, istismarda olan 62 ədəd ölçmə vasitəsinin müqayisəli dövlət yoxlamasından keçmədiyi aşkarlanıb.

Komitə tərəfindən aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə müəssisə rəhbərliyinə iradnamə, seçilmiş partiya satışını qadağan edən tələbnamə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR