Bank Of Baku

Azərbaycanla Kuba arasında enerji sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq

Azərbaycanla Kuba arasında enerji sahəsində əməkdaşlığa dair sənəd imzalanacaq
# 18 may 2009 14:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın sənaye və energetika naziri Natiq Əliyev Bakıda səfərdə olan Azərbaycan-Kuba Hökumətlərarası Komissiyasının həmsədri, Kuba xarici ticarət və investisiya nazirinin müavini Rikardo Herero ilə görüşüb. Bu barədə «APA-Economics»ə Sənaye və Energetika Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

N.Əliyev Azərbaycanın SSRİ dövründə Kubaya neft avadanlıqları ixrac etdiyini bildirərək əlaqələrin yenidən nəzərdən keçirilməsini təklif edib, azərbaycanlı mütəxəssislərin Kubanın neft təsərrüfatında iştirakının da qarşılıqlı əməkdaşlığa fayda verə biləcəyini vurğulayıb.

R.Herero isə öz növbəsində ölkəsinin neft təsərrüfatının hazırkı durumu barədə N.Əliyevi məlumatlandıraraq Kubanın neft təsərrüfatında 11 xarici şirkətin fəaliyyət göstərdiyini diqqətə çatdırıb və Azərbaycanı da bu istiqamətdə əməkdaşlığa dəvət edib. Nazir müavini bildirib ki, rəsmi Havana enerji sahəsində əməkdaşlıq üzrə müqavilə layihəsini Azərbaycan hökumətinə təqdim edib.

Kubanın neft təsərrüfatında işləyən yüksək hazırlıqlı kadrların 90%-nin SSRİ dövründə Bakıda, Dövlət Neft Akademiyasında təhsil aldığını diqqətə çatdıran nazir müavini ölkəsinin bu sahədə də Azərbaycanla əməkdaşlığın bərpa edilməsində maraqlı olduğunu ifadə edib.

Görüşdə alternativ və bərpa olunan enerji mənbələrindən istifadə sahəsində təcrübə mübadiləsinə dair məsələlərə də toxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR