Bank Of Baku

«Qazprom» 2009-cu ildə ixrac edəcəyi təbii qazın orta illik satış qiymətini açıqlayıb

«Qazprom» 2009-cu ildə ixrac edəcəyi təbii qazın orta illik satış qiymətini açıqlayıb
# 24 iyun 2009 15:00 (UTC +04:00)
«APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bunu «Qazprom»un İdarə Heyətinin sədr müavini Aleksandr Medvedyev bildirib.

Hələ cari ilin mart ayında A.Medvedyev 1 000 kubmetr «mavi yanacağın» orta illik qiymətini 260 dollar səviyyəsində prooqnozlaşdırırdı. Qeyd edək ki, 2008-ci ildə qazın qiyməti 409 dollar təhkil edib.

Bundan bir qədər öncə isə «Qazprom»un uzaq xarici ölkələrə «mavi yanacağın» ixrac həcmini 140 mlrd. kubmetrədək azaldacağı bildirilib, cari ilin ilk yarısında isə bu həcmin 60 mlrd. kubmetrədək (təxminən 30%) azaldılacağı vurğulunıb. Konsern isə həcmin 179 mlrd. kubmetrdən 170 mlrd. kubmetrədək azalacağını gözləyirdi. Həcmin azalmasına qlobal maliyyə böhranı səbəb olub. Lakin Rusiya ilə Ukrayna arasında 2009-cu ilin əvvəlində yaranan mübahisə də bu məsələyə mənfi təsir göstərib.

Qeyd edək ki, təbii qazın ixrac qiymətləri birbaşa olaraq dünya bazarında neftin qiymətindən asılıdır. Belə ki, hələ ötən ilin sonunda maliyyə böhranı fonunda neftin 1 barelinin qiyməti üç illik minimuma enərək 35 dollara düşüb. Halbuki, hələ 2008-ci ilin yayında neftin qiyməti 145 dollar həddini ötmüşdür. Bu ilin əvvəlindən isə neftin qiymətinin bir qədər artması müşahidə olunub və iyunun əvvəlində 70 dolları keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR