Bank Of Baku

Azərbaycan qazın ixracına dair Rusiya ilə saziş imzalayacaq

Azərbaycan qazın ixracına dair Rusiya ilə saziş imzalayacaq
# 27 iyun 2009 07:25 (UTC +04:00)
A.Millerin sözlərinə görə, işgüzar xarakter daşıyan dövlət başçısının Bakıya səfəri Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə təşkil olunur. İmzalanacaq saziş isə ilk növbədə Xəzərin Azərbaycan sektorunda yerləşən «Şahdəniz» yatağından hasil olunan təbii qazın Rusiya tərəfindən alınmasını nəzərdə tutur.
«Hələlik söhbət nisbətən kiçik qaz həcmlərindən gedir. Lakin gələcəkdə alınan qazın həcmini artırmaq olardı», - deyə «Qazprom» başçısı vurğulayıb.
Xatırladaq ki, Azərbaycan iki il öncə Rusiyadan təbii qazın idxalını dayandırıb və sonradan hətta qaz ixrac etmək təklifi ilə rəsmi Moskvaya müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR