Bank Of Baku

May ayında Azərbaycanda işıq pulun ödəniş səviyyəsi 93%-ə çatıb

May ayında Azərbaycanda işıq pulun ödəniş səviyyəsi 93%-ə çatıb
# 29 iyun 2009 12:03 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-may aylarında «Azərenerji» ASC-nin xidmət etdiyi şəbəkə üzrə ümumilikdə 1,7 mlrd. kVt/saata yaxın elektrik enerjisi istehlak edilib. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Enerji istehlakı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 24,3% azalıb. Ümumi ödəniş isə 84%-ə yaxın olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə mütləq ifadədə 7% çoxdur. O cümlədən, daimi əhali istehlakçı qrupunda isə istehlak 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 269,8 mln. kVt/saat azalaraq 587,4 mln. kVt/saata, ödəniş isə 4% artaraq 86,8%-ə yaxın olub.

Cari ilin may ayında isə enerji istehlakı 330,6 mln. kVt/saata, ümumi ödəniş isə 93%-ə yaxın olub.

Aprel ayı ilə müqayisədə may ayında 100%-lik nəticə göstərən rayonların sırası genişlənib. Mayda Mingəçevir və Şirvan ŞEŞ-ləri, Zərdab, Salyan, Ağstafa, Kürdəmir, Samux, Tovuz, Şamaxı, Biləsuvar, Ucar və Göyçay PEŞ-ləri ümumi ödənişdə 100% və ondan yuxarı nəticə əldə edib. Gəncə ŞEŞ, Tərtər, Qazax, Sabirabad, Neftçala, Qəbələ və Ağcabədi PEŞ-ləri ümumi ödənişdə 95%-dən yuxarı nəticə göstəriblər. Ümumiyyətlə, ən yüksək göstərici Zərdab PEŞ-də (ötən ayların debitor borcunun ödənişi nəzərə alınmaqla 130,3%), ən aşağı isə Daşkəsən PEŞ-də (59,6%) qeydə alınıb.

Daimi əhali istehlakçı qrupu üzrə ödənişdə isə Şirvan, Mingəçevir və Gəncə ŞEŞ-ləri, Tərtər, Göyçay, Şamaxı, Zərdab, Qazax və Tovuz PEŞ-i ötən ayların debitor borcu hesabına ödənişlər nəzərə alınmaqla 100%-dən yuxarı, Şəmkir PEŞ 100%-ə yaxın, Yevlax, Göy-göl, Ağstafa, Beyləqan, Salyan və Bərdə PEŞ-ləri 98%-dən, Goranboy, Biləsuvar və Ağcabədi PEŞ-ləri isə 95%-dən yuxarı nəticə əldə edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR