Bank Of Baku

İsrail Azərbaycandan xam neft və təbii qazın alınmasında maraqlıdır

İsrail Azərbaycandan xam neft və təbii qazın alınmasında maraqlıdır
# 29 iyun 2009 12:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ prezidenti Rövnəq Abdullayev bu gün Bakıda səfərdə olan İsrailin milli infrastruktur naziri Uzi Landaunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Bu barədə «APA-Economics»ə ARDNŞ-in mətbuat xidmətindən məlumat verilib.

R.Abdullayev İsrail nümayəndə heyətinə Azərbaycanda reallaşdırılan «Azəri-Çıraq-Günəşli», «Şahdəniz», «Abşeron» və digər enerji layihələri barədə məlumat verib.

U.Landau isə Bakıya mövcud potensialları və imkanları öyrənmək üçün gəldiklərini qeyd edib. Nazir İsrailin Azərbaycandan xam neft və təbii qazın alınmasında maraqlı olduğunu vurğulayıb. Azərbaycanda həyata keçirilən qlobal enerji layihələrinin icrası ilə maraqlanan U.Landau qeyd edib ki, Azərbaycanın enerji xətlərinin İsrailə keçirilməsi bu ölkənin enerji diversifikasiyası baxımından mühüm əhəmiyyət kəsb edir.

U.Landau ARDNŞ prezidenti Rövnəq Abdullayevi və ARDNŞ nümayəndə heyətini İsrailə səfərə dəvət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR