Bank Of Baku

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə yeni hesabat mərhələsinə start verib

Azərbaycan Mədən Sənayesində Şəffaflıq Təşəbbüsü üzrə yeni hesabat mərhələsinə start verib
# 29 iyun 2009 14:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə XI hesabat mərhələsinə start verib. Bu barədə «APA-Economics»ə Azərbaycan Respublikası Dövlət Neft Fondundan (ARDNF) məlumat verilib.

Azərbaycanda MHŞT-nin tətbiqinə dair Memorandumu imzalamış tərəflərin - MHŞT üzrə Hökumət Komissiyası, Azərbaycanda hasilat sənayesi ilə məşğul olan yerli və xarici şirkətlər və qeyri-hökumət təşkilatlarının Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası - nümayəndələrindən ibarət Seçim Qrupunun bu gün keçirilən iclasında XI hesabatın başlanmasına dair qərar qəbul olunub.

Seçim Qrupunun üzvləri 2009-cu ilin birinci yarısını əhatə edəcək hesabatların təhlil edilərək tutuşdurulması üçün audit şirkətinin seçilməsi məqsədilə keçiriləcək müsabiqədə iştiraka dair Azərbaycanda fəaliyyət göstərən və dünyada tanınmış nüfuzlu beynəlxalq audit şirkətlərinə bildiriş göndərilməsini qərara alıblar.

Təşəbbüsün həyata keçirilməsinə dair mexanizmə uyğun olaraq seçiləcək audit şirkəti hesabat dövrü üzrə Azərbaycan hökumətinin və ölkədə fəaliyyət göstərən neft və qaz şirkətlərinin hesabatlarını təhlil edərək onlara rəy verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR