Bank Of Baku

“Kommersant”: Rusiya Azərbaycandan mavi yanacağın hər min kubmetrini 350 dollara alacaq

“Kommersant”: Rusiya Azərbaycandan mavi yanacağın hər min kubmetrini 350 dollara alacaq
# 30 iyun 2009 08:33 (UTC +04:00)
APA-nın “Kommersant”a istinadən yaydığı məlumata görə, bundan əvvəl “Qazprom” yalnız analoji qiymətlə Özbəkistan və Türkmənistandan qaz alıb. 2010-cu ildən başlayaraq Rusiya Azərbaycandan ildə 500 milyon kubmetr qaz alacaq, daha sonra isə alınan qazın həcmi artırılacaq. “Qazprom” Azərbaycan qazını əsasən daxili bazarda reallaşdırmaq niyyətindədir. Bu mavi yanacaq ölkənin cənub regionlarının təminatı üçün istifadə olunacaq.
Azərbaycanın 1,5 trilyon kubmetr qaz ehtiyatının olduğu proqnozlaşdırılır. 2007-ci ildə ölkədə yalnız 28 milyard kubmetr qaz hasil edilib. Müqayisə üçün qeyd edək ki, “Qazprom” hər gün 900 milyon kubmetr qaz hasil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR