Bank Of Baku

Beynəlxalq Enerji Agentliyi: Dünya neft istehlakı üç ildən sonra artacaq

Beynəlxalq Enerji Agentliyi: Dünya neft istehlakı üç ildən sonra artacaq
# 30 iyun 2009 11:10 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Beynəlxalq Enerji Agentliyi (BEA) yaxın beş il üçün dünyada neftin istehlakı ilə bağlı proqnozunu azaldıb. «APA-Economics»in «Bloomberg» agentliyinə istinadən verdiyi məlumata görə, 2008-ci ilin səviyyəsi (günə 85,76 mln. barel) yalnız 2012-ci ildə üstələnəcək və neftin istehlakı 86,76 mln. barelə çatacaq.

Yaxın beş ildə neftə olan tələbat üzrə proqnoz hər il 3 mln. barel/gün azaldılıb. Eyni zamanda, 2013-cü ilə qədər neftin istehlakının artımı 0,6% və ya 540 min barel təşkil edəcək.

Neftə olan tələbat və istehlak üzrə proqnozun aşağı salınmasına səbəb kimi dünya iqtisadi böhranı qeyd olunur ki, onun nəticəsində əksər inkişaf etmiş ölkələrdə neftin istehlakı kəskin şəkildə azalır, inkişafda olan iri dövlətlərdə isə onun artım templəri nəzərə çarpan dərəcədə səngiyir.

Qeyd edək ki, BEA öz proqnozunu tərtib edərkən Beynəlxalq Valyuta Fondunun dünya ÜDM-in artımı üzrə qiymətləndirməsinin pozitiv variantını əsas götürüb. Həmin ssenariyə uyğun olaraq, 2012-2014-cü illərdə dünya ÜDM-in illik artımı 5% təşkil edəcək. Dünya ÜDM üzrə neqativ ssenari əsas götürülərsə, neftə tələbatın 2008-ci ildəki səviyyə 2014-cü ilə qədər bərpa olunmayacaq.

Eyni zamanda, BEA öz məruzəsində qeyd edir ki, tələbatın azalması və ya artım tempinin zəifləməsi dünya bazarında təklifin kifayət qədər olmaması ilə bağlı ola biləcək yeni neft böhranını təxirə salacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR