Bank Of Baku

Azərbaycandakı dəniz neft yatağı üçün yeni platforma hazırlanıb

Azərbaycandakı dəniz neft yatağı üçün yeni platforma hazırlanıb
# 30 iyun 2009 13:55 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Abşeron» NQÇİ-nin sifarişi ilə Bakı Dərin Özüllər Zavodunda «Pirallahı-Dənizin şimal qırışığı» yatağı üçün 1 100 nömrəli platforma hazırlanıb.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətindən (ARDNŞ) «APA-Economics»ə verilən məlumata görə, platforma 9 blokdan ibarətdir ki, hər blokun hündürlüyü 17 metr, çəkisi isə 100 ton təşkil edir. «General Əliağa Şıxlinski» kran gəmisi artıq 6 bloku yatağa nəql edir, yataqda dənizin səviyyəsi isə 8 metrdir. Bu platformadan 800 metr dərinliyə 14 quyu qazılacaq ki, quyuların hər birindən sutkada 6-7 ton neft hasil olunacağı gözlənilir.

Qeyd edək ki, «Pirallahı» yatağı 1902-ci ildən istismardadır. Ötən 107 il ərzində bu yataqda 27 mln. ton neft hasil edilib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatlarının həcmi 2 mln. ton təşkil edir. Yataqda hazırda 388 quyu fəaliyyət göstərir ki, onlardan sutkada 200 ton həcmində neft hasil olunur. Bundan başqa, yataqda ilk dəfə olaraq böyük dərinliyə (2 050 metr) kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub ki, bu da «Pirallahı» yatağında Qala Lay Dəstəsinin neftverimliliyini yoxlamaq üçündür. ARDNŞ rəhbərliyi qazma işlərinin genişləndirilməsinə lazımi vəsait ayırmaqla «Abşeron» NQÇİ-də neft-qaz hasilatını sabit saxlamaqdadır. Hər il yataqda 25-30 yeni quyu istismara verilir, yeni platformalar işə salınır, fəaliyyətdə olanlar isə genişləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR