Bank Of Baku

Avropa Yenidənqurma və İnkişaf Bankı «Şah Dəniz» və Cənubi Qafqaz qaz boru kəməri layihələri üzrə Azərbaycan və Gürcüstanda tender keçirir

Avropa Yenidənqurma və İnkişaf Bankı «Şah Dəniz» və Cənubi Qafqaz qaz boru kəməri layihələri üzrə Azərbaycan və Gürcüstanda tender keçirir
# 30 iyun 2009 14:20 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) «Şah Dəniz» qaz və kondensat layihəsinə dair hasilatın pay bölgüsü müqaviləsi və Cənubi Qafqaz qaz boru kəməri layihəsi üzrə Azərbaycan və Gürcüstanda Bankın kreditorlarının nəzarətçisi funksiyasını yerinə yetirməsi üçün məsləhətçinin seçilməsi müsabiqəsi elan edib.

AYİB-in Bakı ofisindən «APA-Economics»ə verilən məlumata görə, bura layihənin icrası prosesinə və «Lukoil Overseas Shah Deniz Ltd.» və «Lukoil Overseas Shah Deniz Midstream Ltd.» şirkətlərinə ayrılan kreditin müvafiq sazişinə uyğunluğa mütəmadi baxış və nəzarətin edilməsi daxildir.

Tapşırığın əsas məqsədi Banka modellər barədə yarımillik hesabatlar vermək, AYİB və iştirakçı Bankların müraciəti olduğu hallarda iş planlarına və digər texniki məsələlərə dair müstəqil texniki rəy və dəyişikliklər təklif etməsi üçün layihə ilə bağlı sənədləşmələrin alınması, yoxlanması və xülasəsinin çıxarılmasının təmin edilməsidir.

Dəyəri 1 mln. ABŞ dolları olan tapşırığın icra müddəti 7 ildir (2009-cu ilin sentyabrından 2016-cı ilin sentyabr ayınadək).

Qeyd edək ki, 10 il müvafiq sahədə təcrübəsi olan şirkət və ya konsorsium özü və təcrübəsi ilə bağlı məlumatları iyul ayının 15-ə qədər AYİB-ə təqdim etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR