Bank Of Baku

Azərbaycan Rusiyaya ixrac edəcəyi qazın satış qiymətindən razıdır

Azərbaycan Rusiyaya ixrac edəcəyi qazın satış qiymətindən razıdır
# 30 iyun 2009 16:12 (UTC +04:00)
«Müqavilədə göstərilən 500 mln. kubmetr - minimum həddir. Maksimum hədd müqavilədə göstərilməyib. Artıq qazımız olarsa, müqavilə şərtlərinə uyğun olaraq ixracı artıracağıq», - deyə R.Abdullayev bildirib.

Müqavilənin 5 ili əhatə etdiyini deyən R.Abdullayev qiyməti kommersiya sirri olduğundan açıqlamayıb: «Qiymət normaldır və bizi qane edir».

R.Abdullayev onu da bildirib ki, hazırda şimal istiqamətində kəmərlərin ötürmə gücü Rusiyaya göstərilən həcmdə qaz nəqlinə imkan verir. İlin sonunadək kəmərlərdə bəzi texniki tədbirlər həyata keçiriləcək.

Hazırda şimal istiqamətindəki kəmərlərlə ildə 10 mlrd. kubmetrə yaxın qaz nəqli imkanları var.

R.Abdullayevin sözlərinə görə, hazırda paralel olaraq «Şahdəniz» layihəsinin ikinci fazasında hasil ediləcək qazın satışı ilə bağlı həm «Qazprom», həm də digər Avropa şirkətləri ilə danışıqlar aparılır.

Qeyd edək ki, Rusiya mətbuatı ARDNŞ və «Qazprom» arasında qazın 1000 kubmetrini 350 ABŞ dollarına satışına dair razılaşma əldə olunduğunu yazıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR