Bank Of Baku

Daha bir Fransa şirkəti Azərbaycanın perspektivli qaz layihəsinə qoşulub

Daha bir Fransa şirkəti Azərbaycanın perspektivli qaz layihəsinə qoşulub
# 01 iyul 2009 09:26 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, şirkətin icraçı vitse-prezidenti Jan Mari Doje «GDF Suez S.A.»-nın artıq Bakıda nümayəndəlik açdığını və Azərbaycanla uzunmüddətli əməkdaşlığı möhkəmləndirmək niyyətində olduğunu bildirib.

Qiyməti açıqlanmayan sövdələşmə layihədə 60% iştirak payı olan Fransanın «Total» şirkətinin öz payından 20%-lik hissəsini (1/3-nin) satması nəticəsində reallaşıb. Nəticədə, «Abşeron» layihəsində Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) və «Total» şirkətinin hər biri 40%, «GDF Suez S.A.» şirkəti isə 20% iştirak payına sahib olub.

Qeyd edək ki, cari ilin fevral ayının 27-də Bakıda ARDNŞ və «Total» şirkəti arasında «Abşeron» ofşor dəniz yatağı blokunun kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş imzalanıb. Tərəflər arasında razılaşdırılan plana əsasən, Bakıdan 100 km aralıda, dənizin təxminən 500 metr dərinliyində yerləşən «Abşeron» yatağında kəşfiyyat müddəti 3 il təşkil edəcək və zərurət olarsa daha 2 il uzadılacaq. Müqavilə sahəsində çıxarılan karbohidrogenlərin həcmini dəqiqləşdirmək üçün bu ilin sonu və ya gələn ilin əvvəlində ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutulub.

Azərbaycan tərəfinin son qiymətləndirməsinə görə, «Abşeron» perspektiv strukturunda «Şahdəniz» yatağından (1 trln. kubmetr) daha çox qaz ehtiyatının olduğu proqnozlaşdırılır.

Xatırladaq ki, «GDF Suez S.A.» şirkəti Fransanın «Gaz de France» və «Suez» şirkətlərinin konsolidasiyası nəticəsində yaranıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR