Bank Of Baku

“Ukrtransqaz”ın sabiq prezidenti: “Rusiya ilə Azərbaycan arasında imzalanan qaz sazişi münasibətlərdə gərginliyi azaltmağa hesablanıb”

“Ukrtransqaz”ın sabiq prezidenti: “Rusiya ilə Azərbaycan arasında imzalanan qaz sazişi münasibətlərdə gərginliyi azaltmağa hesablanıb”
# 01 iyul 2009 10:05 (UTC +04:00)
Kiyev. Viktoriya Dementyeva-APA. “Azərbaycanla Rusiya arasında qaz aqlı-satqısına dair imzalanan sazişin məqsədi ikitərəfli münasibətlərdə gərginliyin azaldılmasıdır”. APA-nın Kiyevə ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu açıqlamanı jurnalistlərə Kiyev Beynəlxalq Enerji Klubunun eksperti, “Ukrtransqaz”ın sabiq prezidenti Aleksandr Todiyçuk verib. Onun sözlərinə görə, imzalanan saziş iki ölkə arasında münasibətlərdə gərginlik buxarının buraxılmasından başqa bir şey deyil: “Bu məsələdə Dağlıq Qarabağ münaqişəsini də az rol oynamayıb. Hesab edirəm ki, bu sazişin imzalanması iltizam üsuludur, çünki Dağlıq Qarabağ münaqişəsinin unutmaq olmaz”.

Azərbaycanın yürütdüyü enerji siyasətini şərh edən ekspert ölkəmizin müxtəlif enerji layihələrində eyni zamanda iştirak etmək bacarığını nümayiş etdirdiyini vurğulayıb: “Cənab İlham Əliyev enerji mənbələrinin müxtəlifləşdirilməsi siyasəti yürüdür. O həmçinin Rusiyanın qaz idxal etdiyi ölkələrdə, məsələn Bolqarıstanda Rusiya qazını Azərbaycan qazı ilə dəyişdirməyə hazır olduğunu nümayiş etdirir. Buna görə də Azərbaycanın qoşulacağı təqdirdə “Nabucco” layihəsinin həyata keçiriləcəyi ehtimalı hələ də qalır”.

Ekspert Odessa-Brodı layihəsinə də münasibət bildirib: “Odessa-Brodı layihəsi hələ reallaşmayıb, çünki Rusiya bu hadisəni presedent hesab edir. Çünki bu layihə Ukraynanın iri layihələr gerçəkləşdirmək imkanlarını nümayiş etdirir. Mən hələ 2004-cü ildə “Ukrtarnsqaz”ın prezidenti olan zaman Odessa-Brodı kəmərinin avers rejimdə istifadə olunması barədə saziş imzalaşımdım. Lakin sonradan TNK BP şirkəti bu kəmərin revers rejimdə istifadəsinə qərar verdi. Boru kəmərinin revers rejimində istifadəsi sərf eləmir, çünki kəmərlə neft nəqli baha başa gəlir. Odessa-Brodı kəmərinin avers rejimdə işləməməsi isə sırf siyasi səbəblərlə bağlıdır”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR