Bank Of Baku

Bu il Azərbaycanın ən iri elektrik stansiyasının daha iki enerji blokunda yenidənqurma işləri aparılacaq

Bu il Azərbaycanın ən iri elektrik stansiyasının daha iki enerji blokunda yenidənqurma işləri aparılacaq
# 01 iyul 2009 10:10 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu il Azərbaycanın ən iri elektrik stansiyası olan «Azərbaycan» İstilik Elektrik Stansiyasında (İES) 3-cü və 6-cı enerji bloklarında yenidənqurma, 5-ci blokda isə cari təmir işlərinin aparılması nəzərdə tutulur. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Tədbirlər planına uyğun olaraq, stansiyanın 4-cü enerji blokunun yenidən qurulmasının başa çatdırılması və istismara qəbul edilməsi, enerji bloklarında istilik-mexaniki, elektrik və fiziki-kimyəvi ölçü vasitələrinin təmiri, 3-cü enerji blokunda 3 saylı BDQ-nin avadanlıqlarının əsaslı təmiri, enerji bloklarında generatorun qaz və yağ soyuducularında boruların daxili səthlərinin təmizlənməsi də planlaşdırılır.

Bununla yanaşı, cari ilin III rübündə enerji bloklarında turbin intiqallı bəsləyici nasosun axın hissəsi dəyişdiriləcək və yastıqlarda titrəmələr normaya salınacaq, IV rübdə isə 20 min kubmetr həcmində 6 ehtiyat mazut çəni olan 3-cü növbə mazut təsərrüfatının istismara qəbul edilməsi, enerji bloklarında dövran tüstüsoranlarının işçi vəziyyətinə gətirilməsi planlaşdırılıb.

Qeyd edək ki, elektrik stansiyası hər birinin gücü 300 MVt olan 8 enerji blokundan ibarətdir. Daxili imkanlar hesabına 5-ci enerji blokunda aparılmış yenidənqurma işləri nəticəsində blokun gücü 330 MVt-a qaldırılıb. Digər 7 blokun yenidən qurulması layihəsi üzrə işlər plana uyğun davam etdirilir. Blokların tamamilə yenidən qurulması nəticəsində energetika sistemi 600 MVt-dan artıq əlavə güc əldə edəcək.

Qeyd edək ki, «Azərbaycan» İES hazırda ölkədə elektrik enerjisinin 45%-ni istehsal edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR