Bank Of Baku

Azərbaycanda mövcud yeraltı qaz anbarlarının genişləndirilməsi məqsədi ilə geofiziki işlər aparılıb

Azərbaycanda mövcud yeraltı qaz anbarlarının genişləndirilməsi məqsədi ilə geofiziki işlər aparılıb
# 01 iyul 2009 13:29 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Qaz əməliyyatları İdarəsinin sifarişi ilə Qaradağ qaz anbarının tutum imkanlarının genişləndirilməsi məqsədi ilə ərazidə geofiziki işlər aparılıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

ARDNŞ-in Geofizika və Geologiya İdarəsi tərəfindən aparılmış 3D seysmik kəşfiyyat işlərinin məlumatlarının təhlili başa çatdırılıb. Yatağın əvvəlkindən fərqli geoloji modeli qurulub. Qaz anbarının çoxsaylı qırılma pozğunluğu ilə mürəkkəbləşdiyi müəyyənləşdirilib və onun qərb hissəsində yeni bir tektonik blok aşkarlanıb. Tədqiqatlar zamanı məlum olub ki, bu Qaradağ yeraltı qaz anbarının tutum həcminin artırılmasına şərait yaradır.

Dövlət Neft Şirkətindən bildirilib ki, hazırda Qaradağ qaz anbarında sutkalıq tutumu 7 mln. kubmetr və təzyiqi 160 atmosfer olan 5 motokompressor aqreqatından ibarət iri kompressor stansiyası inşa edilir. Eyni zamanda, Naxçıvanda yeraltı qaz anbarının yaradılması ilə bağlı işlər görülür. Muxtar Respublikanın Böyükdüz və Qıvraq ərazilərində geofizki araşdırmalar aparılıb. Böyükdüz strukturunun yeraltı qaz anbarı kimi istifadəsi imkanlarını müəyyənləşdirmək məqsədilə kəşfiyyat quyusu qazılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR