Bank Of Baku

Brüsseldə Ukrayna ilə Rusiya arasında “qaz müharibəsi”nə həsr olunmuş çoxtərəfli görüş keçirilib

Brüsseldə Ukrayna ilə Rusiya arasında “qaz müharibəsi”nə həsr olunmuş çoxtərəfli görüş keçirilib
# 01 iyul 2009 15:13 (UTC +04:00)
Kiyev. Viktoriya Dementyeva-APA. Dünən Brüsseldə Ukrayna ilə Rusiya arasında qaz alqı-satqısına dair vəziyyətin müzakirəsinə həsr olunmuş çoxtərəfli görüş keçirilib. Görüşdə Rusiya, Ukrayna və beynəlxalq maliyyə institutlarının nümayəndələri iştirak ediblər. APA-nın Kiyevə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Ukrayna prezidentinin energetika məsələləri üzrə xüsusi nümayəndəsi Boqdan Sokolovski jurnalistlərə görüşdə vəziyyətdən çıxış yolu kimi müxtəlif variantların müzakirə olunduğunu bildirib. Hələlik danışıqların detalları açıqlanmır. Tərəflər iki həftə ərzində səslənən təklifləri müzakirə etdikdən sonra növbəti çoxtərəfli görüş keçiriləcək. Boqdan Sokolovski Ukraynanın qaz anbarlarına ehtiyat mavi yanacaq vurulması üçün kredit almaq istədiyini bildirib: “Tərəflər arasında bununla bağlı anlaşma var, amma kreditin verilməsi barədə yekun qərar qəbul olunmayıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR