Bank Of Baku

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında yeni platforma istismara qəbul edib

Azərbaycan Dövlət Neft Şirkəti «Neft Daşları» yatağında yeni platforma istismara qəbul edib
# 03 iyul 2009 06:57 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. ARDNŞ-in Dövlət Komissiyası «Neft Daşları» yatağındakı 2415 nömrəli platformanın istismara qəbul edilməsi barədə aktı imzalayıb. Bu barədə «APA-Economics»ə ARDNŞ-dan məlumat verilib.

Hündürlüyü 35 metr olan ikibloklu platforma dənizin 23 metr dərinliyində quraşdırılıb. Platforma 12 quyunun qazılması üçün nəzərdə tutulub.

Qazma işləri «Neft Daşları» Dəniz Qazma İşləri İdarəsi tərəfindən aparılacaq platformanın sifarişçisi «Neft Daşları» NQÇİ, baş podratçısı «Neftqaztikinti» trestidir. Platformanın layihəsi isə «Neftqazlayihə» institutu tərəfindən hazırlanıb. Bloklar Bakı Dərin Özüllər Zavodunda tikilib.

Qeyd edək ki, bu il «Neft Daşları» NQÇİ-də neft hasilatı 1,5 dəfə artırılaraq, illik 821 min tondan 1,2 mln. tona çatdırılması planlaşdırılır. Geoloqların hesablamalarına görə, «Neft Daşları» yatağında 20 mln. ton qalıq çıxarılabilən neft ehtiyatı var. ARDNŞ 2010-cu ilədək 72 yeni quyunun qazılması üçün burada yeni platformalar inşa etməyi planlaşdırır. Bu il yataqda daha 2 ikibloklu (2415 və 2521 nömrəli) platforma istifadəyə verilməlidir ki, bunlardan da 24 quyu qazılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR