Bank Of Baku

Azərbaycanın neft emalı müəssisələrində benzin istehsalı artıb

Azərbaycanın neft emalı müəssisələrində benzin istehsalı artıb
# 10 iyul 2009 09:19 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında Azərbaycanın neft emalı müəssisələrində 123,97 min ton benzin istehsal edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İstehsal edilmiş benzinin 100,81 min tonunu avtomobil benzini, 23,16 min tonunu isə kimya üçün ilkin benzin fraksiyası təşkil edib. Ümumilikdə benzin istehsalı 1,2% artıb.

Cari ilin yanvar-iyun aylarında isə benzin istehsalı 691,12 min ton (578,24 min tonu avtomobil benzini, 112,88 min tonu kimya üçün ilkin benzin fraksiyası) təşkil edib. Bu da 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə 6,6% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR