Bank Of Baku

“SOCAR-ASM” MMC-yə Türkiyə Standartlar İnstitutu tərəfindən keyfiyyəti idarəetmə sertifikatı təqdim olunub

“SOCAR-ASM” MMC-yə Türkiyə Standartlar İnstitutu tərəfindən keyfiyyəti idarəetmə sertifikatı təqdim olunub
# 10 iyul 2009 13:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bu gün “SOCAR-ASM” MMC-yə Türkiyə Standartlar İnstitutu tərəfindən İSO-9001:2008 keyfiyyəti idarəetmə sertifikatı təqdim olunub. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

“SOCAR-ASM” MMC-nin baş direktoru Füzuli Məmmədov bildirib ki, şirkətin əsas funksiyası Xəzər dənizində və quruda istifadəsiz metal konstruksiyalı qurğuların sökülməsi, batmış və yarımbatmış gəmilərin, eləcə də istismarı başa çatmış dənizaltı boru xətlərinin kəsilərək çıxarılması, obyektlərin sökülməsi ilə əlaqədar olaraq ərazilərin sənaye tullantılarından təmizlənməsindən ibarətdir.

Türkiyə Standartlar İnstitutunun Azərbaycan təmsilçisi İsmayıl Dağıstanlı isə təmsil etdiyi qurumun Azərbaycandakı şirkətlərə dəstək verməyə daim hazır olduğunu bildirib.

Qeyd edək ki, “SOCAR-ASM” MMC ARDNŞ, Türkiyənin “ASM Metal Uluslararası Dış Ticarət Şirkəti” və “Eyros” MMC-nin iştirakı ilə təsis edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR