Bank Of Baku

ARDNŞ-in Novorossiysk limanından ixrac etdiyi neftin həcmi 31,4% azalıb

ARDNŞ-in Novorossiysk limanından ixrac etdiyi neftin həcmi 31,4% azalıb
# 10 iyul 2009 13:30 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin iyun ayında ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi Novorossiysk limanından 170 548 ton xam neft ixrac edib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib. Novorossiysk limanından yola salınmış xam neftin həcmi may ayı ilə müqayisədə 31,4% azalıb.

Cari ilin yanvar-iyun ayları ərzində isə şimal istiqamətindən 1 228 525 ton xam neft ixrac edilib. İyun ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 68,55 dollara, «Ural» nefti – 68,38 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 bareli isə 68,77 dollara satılıb.

Qeyd edək ki, Bakı - Novorossiysk neft kəməri ilə ARDNŞ tərəfindən xam neftin ixracı 1997-ci ildə başlanıb. Şimal marşrutu ilə nəql olunan ARDNŞ xam nefti Rusiya ərazisində «Transneft» şirkətinin kəmərlər sistemində Rusiya ixracatçıların neftləri ilə qarışır və Novorossiysk limanından Urals xam neft markası altında satılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR