Bank Of Baku

ARDNŞ ötən ay benzin və təyyarə yanacağının ixracını azaldıb, dizel yanacağı və sona mazutunun ixracını isə artırıb

ARDNŞ ötən ay benzin və təyyarə yanacağının ixracını azaldıb, dizel yanacağı və sona mazutunun ixracını isə artırıb
# 10 iyul 2009 13:47 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. İyun ayında ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi tərəfindən 14 524 ton avtomobil benzini, 121 597 ton dizel yanacağı, 22 439 ton təyyarə yanacağı, 918 ton soba mazutu ixrac edilib. Bu barədə «APA-Economics»ə ARDNŞ-dən məlumat verilib.

İdarə iyun ayında avtomobil benzini ixracını 1,9 dəfə, təyyarə yanacağını 15,2% azaldıb, dizel yanacağının ixracını 5,2%, soba mazutunun ixracını isə 19,8% artırıb.

Ümumilikdə, 2009-cu ilin yanvar-iyun ayları ərzində 114 65 ton avtomobil benzini, 746 995 ton dizel yanacağı, 195 674 ton təyyarə yanacağı, 33 012 ton soba mazutu ixrac edilib.

İyun ayında dünya bazarında avtomobil benzininin qiyməti (1 ton üçün) 672,65 ABŞ dolları, təyyarə yanacağının – 603,20 dollar, dizel yanacağının – 550,78 dollar, 1%-li kükürdlü mazutun qiyməti isə 388,13 dollar təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR