Bank Of Baku

Suriya prezidenti: “Azərbaycan Suriyaya müasir qiymətlərlə ildə təqribən 1 milyard kubmetr qaz satmağa razılıq verib”

Suriya prezidenti: “Azərbaycan Suriyaya müasir qiymətlərlə ildə təqribən 1 milyard kubmetr qaz satmağa razılıq verib”
# 10 iyul 2009 14:48 (UTC +04:00)
Azərbaycan qazı bu kəmərlə Suriyaya, oradan isə cənuba - İordaniyaya və Misirə çatdırıla bilər. Bizdə təbii qaz alınması çox böyük əhəmiyyətə malikdir, çünki, bizim ehtiyatlarımız çox azdır. Şübhəsiz ki, həmin marşrutla nəql olunacaq qazın çox hissəsini Azərbaycan qazı təşkil edəcək”. APA-nın “Azərtac” dövlət agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan-Suriya biznes forumunda Suriya prezidenti Bəşər Əsəd deyib.

Suriya prezidenti bildirib ki, qaz kəmərləri Xəzər dənizi, Qara dəniz və Ərəb körfəzi regionları arasında əlaqələrin inkişafına təkan verəcək: “Biz Azərbaycandan qaz almaq barədə danışıqlar apardıq. Bu qaz Suriyaya Türkiyə vasitəsilə çatdırılmalıdır. Azərbaycan Suriyaya müasir qiymətlərlə ildə təqribən 1 milyard kubmetr qaz satmağa razılıq verib. Türkiyə tərəfi də bu məsələyə rəğbətlə baxır. Heç şübhəsiz ki, bu kəmər Azərbaycan, Türkiyə və Suriya münasibətlərinə yeni ab-hava gətirəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR