Bank Of Baku

Bu gün Ankarada “Nabucco” layihəsi üzrə hökumətlərarası saziş imzalanacaq

Bu gün Ankarada “Nabucco” layihəsi üzrə hökumətlərarası saziş imzalanacaq
# 13 iyul 2009 08:00 (UTC +04:00)
APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, mərasimdə əsasən tranzit ölkələrdən daha yüksək rəsmilər olmaqla Macarıstan, Rumıniya, Avstriya, Bolqarıstan, Almaniya, Gürcüstan, Azərbaycan, Rusiya, Türkmənistan, İraq, Suriya, Misir və Qatardan nümayəndə heyətləri, Avropa Yenidənqurma və İnkişaf Bankı, Avropa İnvestisiya Bankı, Avropa Komissiyası, ABŞ və “Nabucco” konsorsiumundan yüksək rəsmi şəxslər iştirak edəcək. Tədbirin işıqlandırılması üçün qeydiyyatdan keçən mətbuat nümayəndələrinə verilən son məlumata görə, tədbirdə Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan, Avropa Komissiyasının sədri Joze Manuel Barrozo, Gürcüstan prezidenti Mixail Saakaşvili, Rumıniyanın baş naziri Emil Bok, Avstriyanın baş naziri Verner Fayman, Bolqarıstanın baş naziri Sergey Stanişev, Macarıstanın baş naziri Cordon Bajnay, İraqın baş naziri Nuri Əl-Maliki, Avropa Birliyi sədrliyinin təmsilçisi Mikael Eriksson, Misirin neft naziri Amin Sameh Samir Fəhmi, Suriyanın neft və mineral ehtiyatlar naziri Sufian Al-Allao, Avropa Yenidənqurma və İnkişaf Bankının direktoru Rikardo Puliti, Avropa İnvestisiya Bankının direktoru Tomas Barret, “Nabucco” beynəlxalq şirkətinin koordinasiya komitəsinin sərdi Verner Auli, ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndə Riçard Morninqstar, Senatın Xarici Əlaqələr Komitəsində respublikaçılar qrupunun rəhbəri Riçard Luqar, AB-nin enerji komissarı Andris Piebalqs və layihənin tərəfdaşı olan şirkətlərin nümayəndələri iştirak edəcək. Azərbaycanı toplantıda sənaye və enerji naziri Natiq Əliyevin təmsil edəcəyi gözlənilir.

Tranzit məsələləri ilə yanaşı, tədbirdə layihə üzrə işlərin sürətləndirməsi, maliyyə və tədarüklə bağlı məsələlər, o cümlədən tədarükçü ölkə və şirkətlərlə sazişin imzalanması müzakirə olunacaq. Tədbirin proqramına əsasən ilkin olaraq çıxışlar dinlənəcək və imzalanma mərasimindən sonra mətbuat konfransı keçiriləcək.

Qeyd edək ki, Xəzər regionundan Türkiyə və Balkan yarımadası vasitəsilə Mərkəzi Avropaya təbii qazın ixracı üçün nəzərdə tutulan “Nabucco” kəmərinin inşası məqsədilə yaradılan “Nabucco Gas Pipeline İnternational GmbH.” konsorsiumuna OMV (Avstriya), MOL (Macarıstan), “Transgaz” (Rumıniya), “Bulgargaz” (Bolqarıstan), BOTAŞ (Türkiyə) və RWE (Almaniya) şirkətləri daxildir. Hər tərəfdaş şirkətin konsorsiumda payı 16,67% təşkil edir. Layihənin xərclərinin 1/3-i səhmdarlar tərəfindən, qalan hissəsi isə maliyyə-kredit təşkilatları tərəfindən ödənəcək. Bu yaxınlarda layihənin ümumi investisiya dəyəri 4,6 milyard avrodan 7,9 milyard avroyadək (12,3 milyard ABŞ dolları) artırılıb.

Xatırladaq ki, məşhur İtaliya bəstəkarı Cüzeppe Verdinin 1842-ci ildə yazdığı operanın personajı Babil kralının adı ilə adlandırılan boru xəttinin uzunluğu 3,300 km olacaq, layihə nəqletmə gücü isə 31 milyard kubmetr həcmində nəzərdə tutulub. Kəmərin 2 min kilometrlik hissəsi Türkiyədən keçəcək. 11 milyard dollara gerçəkləşdiriləcəyi gözlənilən layihə çərçivəsində ilk qazın 2014-cü ildən Avropaya çatdırılması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR