Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan: “Enerji layihələri Türkiyənin Avropa Birliyinin üzvü olmasının zəruriliyini göstərir”

Rəcəb Tayyib Ərdoğan: “Enerji layihələri Türkiyənin Avropa Birliyinin üzvü olmasının zəruriliyini göstərir”
# 13 iyul 2009 12:31 (UTC +04:00)
Ankara. Elmin İbrahimov – APA “Türkiyənin iştirakı ilə həyata keçirilən enerji layihələri Türkiyənin Avropa Birliyinə üzv olmasının zəruriliyini bir daha göstərir”. APA-nın Ankaraya ezam olunmuş əməkdaşının verdiyi xəbərə görə, bu sözləri “Nabucco” layihəsinə dair hökumətlərarası sazişin imzalanma mərasimində çıxışında Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O, Türkiyənin dünyanın neft və qaz yataqlarının 2/3 hissəsinin yerləşdiyi regionda əlverişli coğrafi mövqeyə malik olduğunu, Xəzər və Mərkəzi Asiya enerji resurslarının dünya bazarına çıxarılmasında önəmli rol oynadığını bildirib. Baş nazir qeyd edib ki, “Nabucco” layihəsi üzrə imzalanan hökumətlərarası saziş Türkiyə ilə AB arasında əlaqələrin və əməkdaşlığın inkişafına şərait yaradacaq: “Bu gün biz ölkələrimiz, eyni zamanda gələcək nəsillər arasında yaranacaq dostluq, sülh və rifah üçün əhəmiyyətli addım atırıq”.

Bundan başqa, R. T. Ərdoğan ölkəsinin Samsun-Ceyhan neft kəməri layihəsi üzərində çalışdığını vurğulayaraq Türkmənistan və İraq qazının ixracını nəzərdə tutan daha iki layihənin icrasında fəal rol oynamaq niyyətində olduqlarını söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR