Bank Of Baku

BP ilə ARDNŞ arasında “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair anlaşma memorandumu imzalanıb

BP ilə ARDNŞ arasında “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsinə dair anlaşma memorandumu imzalanıb
# 13 iyul 2009 13:44 (UTC +04:00)
London-APA. Bu gün Londonda Xəzər dənizinin Azərbaycan sektorunda “Şəfəq” və “Asiman” perspektiv strukturlarının birgə geoloji-kəşfiyyatı və işlənməsi üçün BP və ARDNŞ arasında anlaşma memorandumu imzalanıb. Bu barədə APA-ya BP şirkətinin Bakı ofisinin mətbuat xidmətindən məlumat verilib. Azərbaycanın dəniz ərazilərinin hamısının tam işlənməsinin təmin edilməsi üzrə hökumət planının bir hissəsi kimi, bu memorandum BP-yə Bakıdan təxminən 125 kilometr cənub-şərqdə yerləşən həmin blokun geoloji-kəşfiyyatı və işlənməsi üzrə hasilatın pay bölgüsü sazişi bağlamaq üçün danışıqlar aparmaq üçün müstəsna hüquq verir. Anlaşma memorandumu Azərbaycan Prezidenti İlham Əliyevin və Böyük Britaniyanın baş naziri Qordon Braunun iştirakı ilə bu gün Londonda ARDNŞ-nin Prezidenti Rövnəq Abdullayev və BP-nin geoloji-kəşfiyyat və hasilat üzrə baş icraçı direktoru Əndi İnqlis tərəfindən imzalanıb. Qeyd edək ki, bu blok təxminən 1100 kvadrat kilometr ərazini əhatə edir və orada indiyədək heç bir geoloji-kəşfiyyat işi aparılmayıb. lok dənizin dərinsulu hissəsində suyun dərinliyinin təxminən 650-800 metr olduğu bir ərazidə yerləşir və kollektorun dərinliyi təxminən 7000 metrdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR