Bank Of Baku

Hacıqabulda abonentlərin 78%-də smart-kart tipli elektrik sayğacı quraşdırılıb

Hacıqabulda abonentlərin 78%-də smart-kart tipli elektrik sayğacı quraşdırılıb
# 14 iyul 2009 08:13 (UTC +04:00)
Hacıqabul. Əlibәy Zeynallı - APA. Azərbaycanın Hacıqabul rayonunda indiyədək 3 168 smart-kart tipli elektrik sayğacı quraşdırılıb. Bu barədə APA-nın Mil-Muğan bürosuna Hacıqabul rayon Elektrik Şəbəkəsinin müdiri Məqatil Yunusov məlumat verib.

M.Yunusov bildirib ki, bu günə kimi Hacıqabul rayon mərkəzində fərdi elektrik enerjisi istehlakçılarına 3 168 smart-kart tipli sayğac quraşdırılıb. Bu da quraşdırılıması nəzərdə tutulan 4 500 abonentin 77,9%-ni təşkil edir. Eyni zamanda, 10/6/0,4 KV-luq şəbəkə xətləri müasir tipli uzunmüddətli istismara yararlı olan, enerji itkisinin qarşısının alınmasında mühüm rol oynayan SİP kabellərlə əvəzlənir.

Yaxın günlərdə Salyan və Neftçala rayonları ərazisində də smart-kart tipli sayğacların quraşdırılmasına başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR